"Abituriyentlər əziyyət çəkir, yazıq valideynlər isə min manat..." - Təhsil eksperti OD PÜSKÜRDÜ

“Azərbaycan abituriyenti qədər dünyanın heç bir ölkəsində əziyyət çəkən abituriyent yoxdur”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

 

Mütəxəssis dərsliklərdən gileylənərək bildirib ki, materiallar yenilənməlidir:


“Dərsliklərin bəziləri bərbad haldadır. Xüsusilə də ümumi tarix, kimya və s. Ümumi tarix dərsliyində verilən informasiyalar bir çox mövzularda xaotik səciyyə daşıyır. Tarix fənnini tədris edən müəllimlər haqlı etiraza başlayıblar, çünki bir dərslikdə verilən informasiya digərində yoxdur. Abituriyent isə əlacsızlıqdan öyrənməlidir ki, qəbulda düşə bilər. Zənnimcə, bütün dərsliklərin yenidən, şəffaf və düzgün hazırlanmasına ehtiyac var. Bundan əlavə, qəbul imtahanlarının modeli, formatı dəyişməlidir. Fənlərin sayı minimallaşdırılmalıdır”.

 

E.Əfəndiyev qeyd edib ki, II və III ixtisas qrupunda hazırlaşan abituriyentlər istismar olunur:

 

“Təkcə tarix dərslikləri 12 addadır. Ümumilikdə 6-7 fənn üzrə hazırlıq keçirlər. Yazıq valideyn. Aylıq hazırlıq qiyməti minimum 250, maksimum 1000 manatdır. II qrupdan ümumi tarix fənnini çıxarmaq lazımdır. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları artıq bu qrupda yer almır. Dövlət İmtahan Mərkəzi bunu nəzərə almalıdır.Müəllimlərin əziyyətinə, şagirdlərin və valideynlərin istismarına son verməyin zamanı çoxdan çatıb. Aidiyyatı qurumlar mütləq nəzərə almalıdır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR