Azərbaycanda özəl məktəblərə maraq niyə artıb? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda özəl məktəblərə maraq niyə artıb? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda orta təhsil üçün özəl məktəbləri seçənlərin sayı artıb. Bu da dövlət məktəblərində şagirdlərin sayının azalmasına səbəb olub.

 

Maraqlıdır, özəl məktəblərə marağın artması nə ilə əlaqəlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, dövlət orta təhsil məktəbləri ilə müqayisədə özəl məktəblərdə fərqli tədris metodlarından istifadə olunur.

 

“Azərbaycanda özəl məktəblərin illik təhsil haqqı 7000-50000 manat aralığındadır. Qiymətlər məktəblərin göstərdiyi xidmətlərdən asılı olaraq dəyişir. Özəl məktəblərə marağın artmasının bir sıra səbəbləri var. Valideylər hesab edir ki, hər ay repetitorlara verilən ödənişi illik olaraq özəl məktəblərə vermək daha sərfəlidir. Özəl orta ümumtəhsil müəssisələrində servis və yemək xidmətlərinin olması bu məktəblərə marağı artıran faktorlardandır”.

 

Ekspert qeyd edib ki,  dövlət məktəblərindən fərqli olaraq burada müəllimlərin  sayı da çoxdur:

 

“Qəbul imtahanlarının nəticələrinə də baxdıqda görmək olur ki, özəl məktəblərin şagirdləri daha yüksək nəticə göstəriblər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bakıda ən bahalı mənzillər bu rayonlardadır - VİDEO

Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çox olub. Köhnə tikili mənzillər isə 12,2 % baha...

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet sa...

Yaponiyada qadınların orduya yolu tam açıldı

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, av...

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...