Bu tələbələrə 200-300 manat pul veriləcək

Bu tələbələrə 200-300 manat pul veriləcək

Tələbə Təhsil Krediti Fondu tələbələrin nəqliyyat və kirayə pulunun ödənilməsində yaşadıqları çətinliklərin aradan qaldırılmasını hədəfləyir. Bu baxımdam tələbələrə əlavə kredit ayrılacaq.

 

Bəs, tələbələrə kreditin ayrılması hansı dəyişikliklərə səbəb olacaq?

 

Mövzu ilə bağlı sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda ölkənin 50 ali təhsil müəsəssində təhsil alan 187 min tələbənin 100 mini ödənişli əsaslarla oxuyur.

 

“Təhsil Tələbə Krediti Fondu yarandığı gündən etibarən ali təhsil ocaqlarında ödənişli əsaslarla təhsil alan tələbələrin illik ödənişini kredit sistemi ilə ödəyir. Həmin tələbələr universiteti bitirib işləməyə başladıqda həmin krediti ödəməyə başlayacaqlar. Statistikaya nəzər saldıqda görürük ki, bu fond fəaliyyətə başlayana qədər yüzlərlə abituriyent maddi imkanın pis olması səbəbindən tələbə adını qazana bilmirdi”.

 

Ekspert qeyd edib ki, tələbələrin xərclərin qarşılanması müsbət haldır:

 

“Əlavə olaraq qeyd edim ki, kirayə və nəqliyyat xərclərinin kredit fondu tərəfindən qarşılanma mexanizmi elektron qaydada həyata keçirilməlidir. Evlərini kirayə verən şəxslər elektron qaydada kirayə müqavilələri bağlamalıdır. Lakin bizdə evlərini kirayə verən şəxslər vergidən yayınmaq üçün müqavilə imzalamaqdan imtina edirlər. Bu hal tələbələrlə maddi cəhətdən kömək etməklə yanaşı,  Azərbaycanda kirayə bazarının rəsmiləşməsinə gətirib çıxaracaq”.

 

Kamran Əsədovun sözlərinə görə, tələbələrə şərti olaraq kirayə və nəqliyyat xərcləri üçün 200-300 manat aralığında pul veriləcək. Həmin pullarda portal vasitəsilə evini kirayə verən şəxsin kart hesabına köçürüləcək.

 

Ülkər


OXŞAR XƏBƏRLƏR