“Tələbələrimizi sentyabrın 15-i Xankəndidə...” - Emin Əmrullayev

“Tələbələrimizi sentyabrın 15-i Xankəndidə...” - Emin Əmrullayev

“Qarabağ Universitetində təhsilə və tədrisə yenidən başlamaq imkanımız var. Birincisi, ənənələri olan Qarabağ diyarına təhsil qayıdır. İkincisi isə orada bütün istiqamətlərin yenilənməsi, “ağ kağız” üzərində başlanması, təbii ki, Azərbaycan təhsilinə böyük imkanlar açır. Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində daim işləyirik”.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda keçirilən tədbirdə çıxış edərkən söyləyib.

 

Qarabağ Universitetinin Xankəndi şəhərində təsis olunmasını böyük bir hadisə, təhsil tarixində bir dönüş nöqtəsi adlandıran nazir əlavə edib:

 

“İnanıram ki, bu təşəbbüs və qərar istər azərbaycanlı gənclərə, istər alimlərə, istərsə də təhsil işçiləri üçün çox böyük imkanlar yaradır. Ən vacib imkan isə ondan ibarətdir ki, atributların, proqramların, müəllim heyətinin profilinin hazırlanması istiqamətində müəyyən işlərimiz başlayıb.

 

Eyni zamanda, Qarabağ Universitetinin məqsədi digər universitetlərlə rəqabət yaratmaq yox, Azərbaycanın digər universitetlərini bir dəyər ətrafında birləşdirib, əməkdaşlıq edərək ikili proqramlar vasitəsilə gənclərimizi işğaldan azad olunmuş ərazilərə qaytarmaqdır”.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, mətndə deyilir: &nb...

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...