Elm və Təhsil Nazirliyində yeni təyinat – Səbuhi Rzayev kimdir?

Elm və Təhsil Nazirliyində yeni təyinat – Səbuhi Rzayev kimdir?

Azərbaycan Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

 

Sfera.az bildirir ki, Səbuhi Rzayev nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə müdir təyin edilib.

 

Qeyd edək ki, 1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunudur. O, bundan əvvəl nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

 

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə vəzifəsindən azad olunub.

 

“Yaxın günlərdə yeni iş fəaliyyətimlə bağlı sizə məlumat verəcəyəm”, deyə o, sosial şəbəkə hesabında qeyd edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR