Müəllim-şagird ziddiyyətləri – Ekspert səbəblərdən danışdı

Müəllim-şagird ziddiyyətləri – Ekspert səbəblərdən danışdı

Son dövrlər müəllim-şagird münasibətlərində gizlədilməsi mümkün olmayan çatlar və soyuqluq müşahidə olunur. Halbuki şagidlərə diqqət və qayğı ilə yanaşan, onların savadlı bilikli kadr kimi yetişməsində əziyyət çəkən müəllimlərin sayı yetərincədir.

 

Bəs, müəllim-şagird münasibətlərinin arzulanan səviyyədə olmamasının başlıca səbəbləri nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov müəllim nüfuzunun zəifləməsinin tendensiyasının bir sıra obyektiv və subyektiv səbəbləri var:

 

“Müəllimdən asılılığın azalması da bu amillərin arasındadır. İnternet resursları, əlavə kurslar və repetitor hazırlığı məktəb müəllimini bir qədər arxa plana salıb. Digər başlıca amilllərdən biri şagirdlərin davranış qaydalarına uyğun hərəkət etməməsidir. Belə olduğu təqdirdə müəllim şagirdi tənbeh edir. Bu isə şagirdlərdə müəllimə qarşı nifrət hissi yaradır”.

 

Elşən Qafarov qeyd edib ki, şagird-müəllim münasibətlərinin qaydaya salınması üçün məktəblərdə nizamnamələr qəbul olunmalıdır:

 

“Bu nizamnamələrin tərkibində şagirdlərin davranış qaydaları, valideylərin məktəblə olan münasbətləri tənzimlənməlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...