"Qarabağ Universitetini Qafqazın "Harvard"ı statusuna yüksəltməyə çalışacağıq" - Zahid Oruc

“Biz konfransın tribunasını və audoriyasını nəzərə alaraq, təkcə bir ölkənin-Avropada orta inkişaf göstəricisinə malik İrlandiyanın nümunəsində ölkəmizdə elmi tədqiqatlara ayrılan vəsaitlərin bir neçə dəfə artırılmasını təklif etmək istərdik”.

 

Sfera.az xəbər verir ki, bunu deputat Zahid Oruc Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-nin Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Social Work & Social Research” (Sosial İş və Sosial Tədqiqat) beynəlxalq elmi konfransında deyib:

 

“Məsələn, əhalisi 5 milyondan bir qədər çox, ÜDM-i 633 milyard dollar olan İrlandiyada R və D xərcləri 2021-ci ildə 4,6 milyard avro təşkil edib. İqtisadiyyatın bütün sektorları üzrə R and D sahəsində çalışanlar 34 min nəfər olub, onlardan 59%-i biznes sferasında çalışıb, 54%-ni kişilər təşkil edib. Biz dövlət və özəl sektorun maliyyələşmədəki çəkisi, OECD ölkələri ilə müqayisə ilə təhlillərini də nəzərə alaraq, ölkəmizdə bütün tədqiqatçıların, onların çalışdıqları əsas sahələrin, ayrılan maliyyyə vəsaitlərinin son 10 illik dinamikası və digər parametrləri əsasında mötəbər DATA bazanın yaradılmasını vacib sayırıq”.

 

Deputatın ikinci təklifi isə Qarabağ Universiteti barədə olub:


“İkinci təklif, prezidentin 2022-ci ildə imzladığı “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələrək, ölkəmizdə tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılmasını sürətləndirməyi, ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artırılmasını, qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirakını Zəfərimizi möhkəmləndirən mühüm vəzifə sayaraq, sahə nazirliklərinin gecikmədən çalışmaya dəvət edirik.


Nəhayət, yaxın gələcəkdə yaradılacaq, Qarabağ Universitetini beynəlxalq elmi tədqiqatların məkanına çevirmək və Qafqazın Harvardı statusuna yüksəltmək üçün aparıcı xarici universitetlərin elmi və alim potensialından istifadəyə dair qərarların qəbulunu vacib sayırıq”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...