İmtahan sualında yanlışlıq olub? - 98 nəfərin şikayətinə DİM-dən CAVAB

İmtahan sualında yanlışlıq olub? - 98 nəfərin şikayətinə DİM-dən CAVAB

Noyabrın 5-də Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vakant vəzifələr üçün elan olunmuş müsabiqənin test mərhələsindəki bir neçə tapşırıqla bağlı suallar yaranıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya həmin test imtahanında iştirak edən bir neçə şəxs müraciət edib.Vətəndaşların sözlərinə görə, iki variant üzrə ayrılmış sual kitabçalarının A variantında 77-ci, B variantında isə 69-cu sualda yazıçı Anarın ssenari müəllifi olduğu film soruşulur.

 

Sual belədir:

 

Yazıçı Anarın ssenari müəllifi olduğu film hansıdır?

 

A) “Nəsimi”

B) “Dədə Qorqud”

C) “Babək”

D) “Koroğlu”

 

Vətəndaşlar düşünürlər ki, bu sualın iki doğru cavabı ola bilər: “Dədə Qorqud” (1975) və “Nəsimi” (1971).

 

İmtahanda iştirak etmiş bu şəxslər cavab kimi “Nəsimi” variantını seçib. Lakin doğru cavab olaraq “Dədə Qorqud” götürülüb:

 

“Bu sualdan 98 nəfər şikayətçidir. Məsələ ilə bağlı DİM-ə müraciət də etmişik. Sualda bədii sözü yoxdur. Yalnız film sözü varsa, necə ola bilər ki, sənədli filmi yox, bədii filmi cavabı götürülür?! Bizə deyirlər ki, siz sualı oxuyanda bilməli idiniz ki, söhbət bədii filmdən gedir. Təəssüf olsun ki, sual kitabçası bizə verilməyib”.

 

İmtahan iştirakçıların bir neçəsi deyir ki, bu cavabın səhv götürülməsi nəticəsində onlar ikinci tura keçə bilməyib:

 

“100 sualdan 3-də səhv var idi. Ən çox da bizə təsir edən məhz bu sualın cavabının səhv götürülməsi oldu. Sualın cavabının doğru olduğunu sübut etməkdən ötrü Yazıçılar Birliyinə də getmişik. Şəxsən Anar müəllimin köməkçisi ilə görüşmüşük. Onun özünə də bu barədə məlumat verilib”.

 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

 

“5 noyabr 2023-cü il tarixində dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün test imtahanı keçirilib. İmtahan başa çatdıqdan sonra imtahanın nəticələri ilə bağlı namizədlərdən daxil olan müraciətlərin araşdırılması üçün Apellyasiya Komissiyası təşkil edilib. Komissiyaya daxil olan bütün müraciətlər araşdırılıb, namizədlərin müraciətlərinə müvafiq izahlar verilib.


OXŞAR XƏBƏRLƏR

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...