Xaricdə təhsil şirkətlərinin FIRILDAĞI - Tora düşməmək üçün nələrə diqqət etmək lazımdır?

Xaricdə təhsil şirkətlərinin FIRILDAĞI - Tora düşməmək üçün nələrə diqqət etmək lazımdır?

Azərbaycanda gənclərin çoxu xaricdə təhsil almağa üstünlük verirlər. Buna görə də xaricdə təhsil şirkətlərinə üz tuturlar. Bir çox hallarda isə vətəndaşlar bu şirkətlərin qurbanına çevrilirlər. Həmin şirkətlər istədikləri məbləği valideynlərdən və yaxud abituriyentlərdən aldıqdan sonra yoxa çıxırlar. 


Aldanmamaq üçün təhsil şirkəti seçərkən hansı məqamlara diqqət etmək lazımdır?


Məsələ ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, xaricdə təhsil şirkəti ilə müqavilə bağlamazdan əvvəl mütləq araşdırma etmək lazımdır.

 

Onun sözlərinə görə, şirkətin fəaliyyət göstərdiyi müddət inam baxımından önəmli faktorlardan biridir:


“Məhz DİM – in keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb.


Vacib bir faktı nəzərə çatdırım ki, xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq, vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbətdə, bu, hüquq pozuntsu deyil. Sadəcə olaraq valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər. 


Təəssüflə deyim ki, insanların çoxunu təhsil yox, diplom düşündürür. Buna görə də onlar imtahansız xaricdə “təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur.


Günümüzün acı reallığıdır, bəzi insanlarda sanki belə bir rəy formalaşıb, təhsil necə olur-olsun, fərqi yoxdur, yetər ki, diplom olsun. Bu baxımdan onların imtahansız xaricdə "təhsil" adı ilə fırıldaqçıların könüllü qurbanına çevrilmələrinin əsas səbəbi də diplomdur. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çünki ölkə qanunvericiliyi bu yolla "təhsil" alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır. Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına - diplom sevdasına qurban verirlər”.


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxış etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının dəvəti əsasında bu ölkəyə işgüzar səfəri çərçivəsində Serbiyanın Səfirlər...

Ceyhun Bayramov serbiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiçlə geniş tərkibdə görüşüb.   ...

Valentina Matviyenko Azərbaycan Prezidentini təbrik etdi

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayı...

Azərbaycanda qoyun və keçi sayı sürətlə AZALIR - 5 ilin statistikası

Azərbaycanda son 5 ildə qoyun və keçi sayı 1 milyon başdan çox azalıb.   Sfera.az rəsmi dövlət statistikasına əsasən xəbər verir ki, ölkəmizdə 2020-c...

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   ...

Lukaşenkonun prezidentliyə namizədliyi QEYDƏ ALINDI

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ...