Dövlət qulluğu imtahanları keçirilib

Dövlət qulluğu imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.

 

Bu barədə Sfera.az-a DİM-dən bildirilib.

 

Dövlət qulluğuna qəbul imtahanı

 

İnzibati rəhbər vəzifələrə aid olan AB, AC imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilib. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

 

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

 

İmtahanda 73 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə 4 nəfər, AC2 altqrupu üzrə 4 nəfər, AC3 altqrupu üzrə 11 nəfər, AC4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 31 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

 

Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.

 

AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

 

Bu imtahanda 109 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə 2, AB2 altqrupu üzrə 3, AB3 altqrupu üzrə 1, AB4 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 4, AC2 altqrupu üzrə 4, AC3 altqrupu üzrə 2, AC4 altqrupu üzrə 2, BA1 altqrupu üzrə 7, BA2 altqrupu üzrə 26, BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 16 nəfər olmaqla, ümumilikdə 92 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

 

Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası 13-15 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

 

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.


OXŞAR XƏBƏRLƏR

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...

Çilidə təyyarə qəzası olub, çoxlu sayda insan ölüb

Çilinin Curacavi şəhərində baş verən təyyarə qəzasında altı nəfər həyatını itirib. Qəza nəticəsində pilot, köməkçi pilot, bir həkim, tibb bacısı, xəstə və xəstə...