Bu müəllimlərin maaşlarında ARTIM OLACAQ – Deputatdan AÇIQLAMA
“Sertifikasiya imtahanında uğur qazanan müəllimlərin əmək haqqlarında artımlar olacaq”.
Sfera.az bildirir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ədalətli mexanizmlərlə maaş artımlarına gedilməsi olduqca vacibdir:
“Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır. Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən 32 min müəllimdən 8 minin əmək haqqısında 35 faiz artım olacaq. Yəni, imtahanlarda yüksək nəticə göstərmiş hər dörd müəllimin üçünün maaşı cəmi 10 faiz artacaq. Yalnız hər dörd nəfərdən birində daha yüksək maaş artımı olacaq.
Mövcud qaydalar ilə sualların 83.3 faizini düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir. Yəni, 50 bal toplayan ilə 30 bal toplayanın əmək haqqısında eyni artım nəzərdə tutulur. Digər tərəfdən, 51 sualı düzgün cavablandıran müəllim 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısı 10 faiz artır”.
Millət vəkili bildirib ki, 50 bal toplamış müəllimin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil:
“Əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan təklif edirəm ki, 48 və daha yüksək bal toplamış müəllimlərin əmək haqqlarının da 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin. Ümumiyyətlə, qeyd edim ki, 2024-cü ildə də artımlar davam edəcək”.
Günay