“Bəzi direktorların əsas gəlir mənbəyi kəsildi” – Osman Gündüz

“Bəzi direktorların əsas gəlir mənbəyi kəsildi” – Osman Gündüz

Bu gün Elm və Təhsil Nazirliyi onlayn formada şagird yerdəyişməsinə start verib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, nazirlik bu rəqəmsal həll vasitəsilə prosesdə olan neqativlərin qarşını almağı hədəfləyir:

 

“Nazirlik bunu ali məktəblərə daha rahat hazırlaşmaq üçün oxuduğu məktəbdən çıxan, dərslərə getməmək şərtilə adını rayon məktəblərinə yazdırmaq istəyənlərin qarşısını almaq üçün edib. Bunlar son zamanlaradək bəzi direktorların əsas gəlir mənbəyinə çevrilmişdi. Xatırlayıram ki, ötən il Gədəbəyin icra başçısı hansısa bir kənd məktəbinin 201 şagirdindən 11-ci sinif üzrə 55 şagirdin heç birinin məktəbdə olmadığını vurğulamışdı. O zaman bu kənd məktəbinin az qala 30%-nin 11-ci sinifdə oxuması diqqət çəkmişdi. Şübhələnmək üçün əsaslar yaranmışdı ki, bu kənd məktəbinə kənardan şagird miqrasiyası baş verib, daha doğrusu şagirdlərin özünün yox, onların adlarının bu məktəbə miqrasiyası olub”.

 

Ekspert əlavə edib ki, hazırda Elm və Təhsil Nazirliyinin, bütövlükdə hökumətin əlində yetərincə data formalaşıb: “Bununla da dövlət nəzarətini və şəffaflığı daha effektiv təmin etmək mümkündür. Nazirliyin Ümumi Təhsil İnformasiya Sisteminin tərkib hissəsi olan “sy.edu.az” resursu da ölkə üzrə şagird miqrasiyasına nəzarət etmək üçün əhəmiyyətli bir rəqəmsal həlldir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR