"Bu, müəllimlərə və şagirdlərə əlavə yük olacaq” - Ekspert ETİRAZ ETDİ

"Bu, müəllimlərə və şagirdlərə əlavə yük olacaq” - Ekspert ETİRAZ ETDİ
Kateqoriya məlum deyil
T

“Şagirdlər noyabr ayında demək olar ki, dərsə getməyəcək”.

 

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 

Ekspert bildirib ki, bu davamiyyətsizlik şagird və müəllimlərə mənfi təsir edəcək: “Noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Bundan sonra isə 5 gün payız tətili (16-20 noyabr) olacaqdır. 5 günlük məktəblərdə təhsil alan şagirdlər 30 günlük noyabr ayında cəmi 14 gün dərsə gedib, 16 gün istirahət edəcəklər. İtirilmiş dərslərin bərpası (hər fənn üzrə azı 4 paraqraf) müəllimlərə və şagirdlərə əlavə yük olacaq”.

 

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR