Özəl bağçaların sayı sürətlə artır – SON RƏQƏMLƏR

Özəl bağçaların sayı sürətlə artır – SON RƏQƏMLƏR

Azərbaycanda son illərdə özəl məktəbəqədər təhsil müəssisələrinin (körpələr evi və uşaq bağçaları) sayında sürətli artım müşahidə edilir. 


Sfera.az xəbər verir ki, 2011-ci ildə Azərbaycanda olan 1 638 məktəbəqədər təhsil müəssisəsinin 1 623 ədədi dövlət, 15 ədədi özəl olduğu halda, 2023-cü ilin əvvəlində 1 844 təhsil müəssisəsinin 1 696 ədədi dövlət, 148 ədədi özəl olub. 


Müqayisədən göründüyü kimi, 11 il ərzində özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 133 ədəd, yəni 9,86 dəfə artıb. 


2022-ci ildə də özəl müəssisələrin sayında artım davam edib. Bir ildə özəl bağçaların sayı 11 ədəd artıb. 


Özəl məktəbəqədər təhsil müəssisələrinin daha çox hissəsi körpələr evidir. Körpələr evlərinin sayı 80, uşaq bağçalarının sayı isə 68-dir. Məktəbəqədər təhsil müəssisələrinin 146-sı şəhər yerlərində, 2-i kənd yerlərində yaradılıb. 


Özəl müəssisələrdə uşaq sayı dövlət müəssisələri ilə müqayisədə xeyli azdır. Orta hesabla bir dövlət məktəbəqədər təhsil müəssisəsinə 66 uşaq düşdüyü halda, özəldə say 39-dur. 


Vasif


OXŞAR XƏBƏRLƏR