"Bu, qanunsuzdur, valideyn və tələbələr universiteti məhkəməyə versin" - AÇIQLAMA

İddialara görə, özəl universitetlərin birinə qəbul olan abituriyentin qeydiyyatını edəndə universitet valideynə müqavilə imzalatdırıb ki, əgər gələcək illərdə başqa universitetə köçürmə etsəniz, qalan illərin də ödənişini etməlisiniz. 

 

Biznes baxımından yanaşsaq, bu, başa düşüləndir, çünki universitetdə bir tələbənin yeri boş qalır və təhsil müəssisəsi maliyyə itirir. Bəs bu hal insan hüququnun pozulması demək deyilmi? Bu, nə dərəcədə düzgündür? 

 

Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Sfera.az-a bildirib ki, tələbələr bir universitetdən digərinə keçidə çox çalışmamalıdırlar:

 

“Hesab edirəm ki, universitetlərin fəaliyyəti qanunlara uyğun və düzgün olmalıdır. Eyni zamanda, vətəndaşlar da universitet seçərkən əvvəlcədən araşdırıb seçimi düzgün etməlidir. Tələbənin bir universitetə qəbul olub sonradan yer dəyişməsi həmin ali təhsil müsəssisəsi üçün problem yaradır. Buna görə də, gənclər tez-tez universitet dəyişmək erasına son qoymalıdırlar. Çünki universitetlərimiz bunun hesabına dolanırlar və bu cür transferlər də müəssisəyə ciddi ziyan verir”.

 

Məsələnin hüquqi tərəfi haqqında məlumat verən hüquqşünas Şamil Paşayev bildirib ki, bu hal tamamilə qanunsuzdur, valideyn və tələbə rahatlıqla məhkəməyə müraciət edə bilər:

 

“Ümumiyyətlə, müqavilə Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə həyata keçirilməlidir. Bu, həm mülki, həm də təhsil qanunvericiliyinin təməl prinsiplərinə zidd olmamalıdır. Universitet nəzərə almalıdır ki, bu, təhsildir. Tələbə gələcəkdə təhsilini başqa uniersitetdə davam etdirə bilər. Şəxsin təhsil hüququnu əlindən almaq olmaz. 

 

Universiteti bitirmədən digərinə köçürmə etmək tələbənin hüququdur. Buna görə də, həmin universitetdə oxumalı olduğu 4 ilin ödənişini valideyn və tələbədən tələb olunması absurd və qanunsuzdur. Belə olan halda, vətəndaş məhkəməyə müraciət edib həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən çəkinə bilər. Məhkəmə güman ki, burada valideyn və uşağın xeyrinə qərar qəbul edəcək”. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...