“Pullu”ya düşənlər ödənişsiz plan yerlərinə qəbul oluna bilərmi? – “Mümkündür, amma gərək...\"

“Pullu”ya düşənlər ödənişsiz plan yerlərinə qəbul oluna bilərmi? – “Mümkündür, amma gərək...\

Ali təhsil müəssisələrinə ixtisas seçimi nəticələri açıqlanıb. Bəzən abituriyentlər yüksək bal toplamalarına baxmayaraq, kodlaşdırmada yanlışlığa yol verdiklərinə görə ödənişli əsaslı ixtisaslara qəbul olunurlar. Bəs həmin abituriyentlər yenidən müraciər edərək, dövlət sifarişli plan yerlərinə qəbul oluna bilərlərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Ramin Nuraliyev bildirib ki, əgər topladığı bal imkan verirsə ödənişli əsaslarla tələbə adını qazanmış şəxslər dövlət sifarişli yerlərə köçürülə bilər. Amma bunun üçün bəzi şərtlər də ödənməlidir:

 

“Əgər abituriyent səhv kodlaşdırma ucbatından dövlət sifarişli yox, ödənişli ixtisasa qəbul olunubsa və dövlət sifarişli yerlər tam dolmayıbsa, köçürmə edilə bilər. Sadəcə, valideyn Elm və Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə rəsmi müraciət etməlidir. Müraciət əsasında ödənişli əsaslarla qəbul olan abituriyent dövlət sifarişli əsaslı yerlərə köçürülə bilir. Əgər yer yoxdursa, bu mümkün deyil”.

 

Ekspert qeyd edib ki, hazırda Azərbaycan Tibb Universitetində dövlət sifarişli boş yerlər var:

 

“Hazırda, bu şəkildə boş dövlət sifarişli yeri olan ali təhsil məktəblərdən biri ATU-dur. Balı yüksək olan, amma kodlaşdırmada ödənişli yerləri yazan abituriyentlər müraciət edərək dövlət hesabına təhsil ala bilərlər.”

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...