Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimlərinə başlanılır

Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimlərinə başlanılır

Avqustun 21-23-də 2023-2024-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

 

Nazirlikdən Sfera.az-a bildirilib ki, avqustun 21-də saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada keçiriləcək.

 

Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir.

 

Namizədlər 23 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

 

Xatırladaq ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.


OXŞAR XƏBƏRLƏR

Yevlaxda qəza: Minik avtomobili yük maşınına çırpıldı

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Qazax-Bakı magistralının rayonun...

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... -VİDEO

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib. Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.   Sfera.az xəbər ve...

“Qarabağ” dünya reytinqində 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.   Sfer...

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.  ...

Bu ölkədə 6.2 bal gücündə zəlzələ baş verdi

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə İndoneziy...

DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində,&nb...