Logo

DİM ixtisas seçimi ilə bağlı məlumat yaydı - FOTO

DİM ixtisas seçimi ilə bağlı məlumat yaydı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “YouTube” kanalı vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

II və III ixtisas qrupları üzrə canlı yayım 11 avqust saat 11:00-da, I, IV və V ixtisas qrupları üzrə isə 18 avqust saat 11:00-da təşkil olunacaq.

Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların bu həftənin sonuna kimi nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra - növbəti həftənin axırına kimi nəşr olunacaq.

DİM ixtisas seçimi ilə bağlı məlumat yaydı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR