Dövlət Proqramı ilə xaricdə təhsil alacaq şəxslər AÇIQLANDI

Dövlət Proqramı ilə xaricdə təhsil alacaq şəxslər AÇIQLANDI

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub.

 

Elm və Təhsil Nazirliyindən Sfera.az-a bildirilib ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.

 

Proqram iştirakçıları sırasında cari ildə beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 5 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "Yale University", 6 nəfər "Imperial College London", 5 nəfər "University College London" və 1 nəfər "National University of Singapore"dan qəbul alıb.

 

Qeyd edək ki, iyulun 14-də 2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı iştirakçısı adını qazanmış ilkin 134 nəfərin siyahısı barədə ictimaiyyətə məlumat verilib.

Dövlət Proqramının illik hədəf göstəricisində 400 nəfər Azərbaycan Respublikası vətəndaşının xarici universitetlərdə ali təhsilin bakalavriat və magistratura

səviyyələrində təhsil almasının nəzərdə tutulduğunu və cari il üzrə kvotada mövcud imkanların olduğunu nəzərə alaraq, müəyyən çatışmazlıqlar səbəbindən ərizəsi qəbul edilməyən namizədlərə sözügedən halları aradan qaldırmaqla müraciətlərini tamamlamaları üçün 7-11 avqust 2023-cü il tarixlərində yenidən sənəd qəbulu üçün şərait yaradılacaq. Nəzərə alınmalıdır ki, gec təqdim edilmiş müraciətlər üzrə Dövlət Proqramı iştirakçısı adını qazanacaq şəxslərin təhsilinin maliyyələşdirilməsi ona müvafiq müddətdə həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzasında vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin SİYAHISI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yazınlı...

Hökümənin cənazəsi bu gecə Bakıya gətiriləcək

Aktauda dekabrın 25-də AZAL-a məxsus qəzaya uğrayan təyyarənin bələdçisi üzvü Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək.   Sfera.az xəbər verir ...

Daha bir klub “Qarabağ”ın futbolçusu ilə maraqlanır

“Qarabağ”ın futbolçusu Redon Cica daha bir klubun maraq dairəsinə düşüb.   Sfera.az xəbər verir ki, Albaniyanın “Eqnatiya” ko...

Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Oljas Bektenov arasında növbəti telefon danışığı baş tutub.   Sfera.az xəbər veri...

Baş nazirlər qəzada həlak olanların nəşinin gətirilməsini müzakirə etdilər

Dekabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov arasında növbəti telefon danışığı baş t...

"Həlak olanların bəziləri tanınmaz vəziyyətə düşüb"- Baş konsul

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan şəxslərin cəsədləri tanınmaz vəziyyətə ol...