Xaricdə təhsillə bağlı MÜHÜM XƏBƏR

Xaricdə təhsillə bağlı MÜHÜM XƏBƏR

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub.

 

Elm və Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 namizəd müvafiq seçim qaydalarına dair meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.

 

Təqaüd qazanan gənclər sırasında 6 nəfər "University College London", 3 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "ETH Zurich", 2 nəfər "Imperial College London", 3 nəfər "Columbia University", 1 nəfər isə "Stanford University" kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

 

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsabiqə üzrə digər müraciətçilərin nəticələrinin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...