Logo

5-ci sinif şagirdi beynəlxalq olimpiadada qızıl medal qazanıb - FOTO 

5-ci sinif şagirdi beynəlxalq olimpiadada qızıl medal qazanıb - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oxbridge Akademiyasının 5-ci sinif şagirdi Surxay Məmmədyarov qızıl medal ilə vətənə qayıdır.

Sfera.az xəbər verir ki, “Global Olympic Center”-in təşkilatçılığı ilə ölkəmizin müxtəlif məktəblərindən ibarət istedadlı şagirdlər iyulun 9-13-ü aralığında Nyu York ştatında Beynəlxalq Kopernikus Olimpiadasının riyaziyyat üzrə qlobal mərhələsində ölkəmizi təmsil edir. Komandamız müxtəlif yaş qrupundan 60 şagirddən ibarətdir.

Belə ki, 5 kateqoriya üzrə Azərbaycan təmsil olunur.

İyulun 10-da Kalumbiya Univeristetində açılış mərasimi təşkil olunub. Komandamız dövlət himnimizin sədaları altında səhnəyə çıxıblar. Riyaziyyatçılarımız beynəlxalq turnirdə 22 ölkə ilə yarışır. Qeyd edək ki, olimpiadanın qlobal mərhələsi iyulun 11-də, mükafatlandırma mərasimi isə 12 iyul tarixində keçirilmişdir.

Mükafatlandırma tədbirində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim video çıxış edərək, iştirakçıları və Azərbaycan komandasını təbrik etmiş və uğurlar arzulamışdır. Nəticədə ölkəmiz 7 qızıl, 23 gümüş və 13 bürünc medalla olimpiadanı başa vurmuşdur.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR