Logo

Bu sayda abituriyent 200-dən az bal toplayıb

Bu sayda abituriyent 200-dən az bal toplayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

I–IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 200-dən az bal toplayıb.

Sfera.az xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, keçən il abituriyentlərin 42.8 faizi imtahandan “2”, 22.0%-i “3”, 25.6%-i “4”, 9.6%-i isə “5” qiymət alıb.

2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 44.3%, 20.3%, 25.5%, 10% olub. Keçən il “2” və “5” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi isə nisbətən artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.

Qəbul olanların topladıqları balların paylanmasından görünür ki, onların 33.8%-ni “3”, 43.8%-ni “4”, 15.8%-ni isə “5” qiymət alanlar təşkil edib. 2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 29.9%, 47.2%, 18.0% olub.

Qəbul (buraxılış) imtahanlarına iştirak edən abituriyentlərin 48.20%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (51.74%) 100-150 bal intervalında nəticə göstərib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR