Yaşı 60-dan çox olan müəllimlərin NƏZƏRİNƏ!: İyunun 24-də...

Yaşı 60-dan çox olan müəllimlərin NƏZƏRİNƏ!: İyunun 24-də...

Deputat Vüqar Bayramov iyunun 24-də keçiriləcək növbəti sertifikatlaşdırma imtahanında iştirakla bağlı sualları cavablandırıb.

 

Sfera.az-ın məlumatına görə, millət vəkili 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırmada iştirakının könüllü olmasından söz açıb.

 

“Milli Məclisin qəbul etdiyi yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni dəyişikliklər dövlət başçısı tərəfindən təsdiq olunduqdan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o, heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə biləcək. 60 yaşı tamam olan müəllimlərin növbəti sertifikatlaşdırmada iştirakına gəldikdə isə sənəd dövlət başçısı tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur”.

 

Deputat qeyd edib ki, onadək isə əvvəlki qaydalar qüvvədədir: “Bu baxımdan Prezident tərəfindən dəyişikliklər təsdiq olunduqdan sonra 60 yaşı tamam olan müəllimlər üçün sertifikatlaşdırmada iştirak könüllü olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR