Deputat müəllimlərin sertifikatlaşdırılmasından DANIŞDI: "Maaşları eyni olmamalıdır"

Deputat müəllimlərin sertifikatlaşdırılmasından DANIŞDI:

"Müəllimlərin sertifikatlaşdırılması irəli sürülür, lakin bununla bağlı ədəbiyyat, test yoxdur". 


Sfera.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov bildirib. Millət vəkili müəllimlərin sertifikasiya imtahanından danışıb:

 

"Müəllim bilmir ki, imtahana hazırlaşanda haradan oxumağa başlasın. Abituriyentlər üçün proqramlar olur, onlar bilir ki, imtahana necə hazırlaşmaq lazımdır. Lakin müəllimlərdə belə deyil. Sertifikatlaşdırmanı 3il müddətinə salırıq, lakin bu 5 il müddətinə olmalıdır. 3 il sonra sertifikasiya imtahana gedən müəllimlə getməyən müəllimin maaşı arasında fərq olmalıdır". 

 

Deputat “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı peşə məktəblərinin açılmalı olduğunu qeyd edib:


"Bütün nazirliklər universitet açır, amma peşə məktəbi açan yoxdur. Peşə texniki təhsili vacib olan sahədir. Belə məktəblər çox olsa, gənclərin çoxu universitetlərə üz tutmaz. Sumqayıt sənaye şəhəridir, bu şəhərdə peşə texniki məktəblər açılmalıdır. Bu istiqamətdə təkliflər verilməlidir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...