Logo

Bakı məktəbində vərəm aşkarlandı, şagirdlərə peyvənd vuruldu

Bakı məktəbində vərəm aşkarlandı, şagirdlərə peyvənd vuruldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə vərəm xəstəliyi aşkar edilib.

Sfera.az xəbər verir ki, 136 nömrəli tam orta məktəbdən Oxu.Az-a bildirilib ki, 31 mart 2023-cü il tarixində məktəbin 8ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb:

“Məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib.

X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir. Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb.

Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR