“Məktəblərə nəzarət edilmir...” – Kamran Əsədov

“Məktəblərə nəzarət edilmir...” – Kamran Əsədov

Ötən gün imtahanda bəzi abituriyentlərin üzərində kəsici-deşici vasitələrin aşkarlanması sosial mediada müzakirələrə səbəb olub. Qeyd olunub ki, təkcə imtahan prosesi zamanı deyil, təəssüf ki, son zamanlar məktəblərdə də üzərində kəsici alətlər, soyuq silahlar daşıyan şagirdlərə rast gəlinir. Kimisi valideyni günahlandırır, kimisi də müəllimi və ya məktəbin rəhbərliyini...

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, son üç ildə abitruyentlərin  imtahan binasına əlavə avadanlıqlar, köməkçi vasitəsləri gətirməsi halları çoxalıb:

 

“Halbuki  iştirakçılar mühafizə xidməti tərəfindən ciddi şəkildə yoxlanılır. Əvvəllər şagirdlər telefon keçirməyə çalışırdılarsa, indi ağıllı saatlar, qulaqcıqlar, uzaqdan dinləməni həyata keçirə bilən qurğular aparırlar.  Diqqətçəkən məqam ondan ibarətdir ki, orta ümumtəhsil müəssisələrinin şagirdləri daha da peşəkarlaşıblar. Onlar üst geyimlərinin üzərinə texnoloji avadanlıqları əlavə edə bilirlər. Məktəblər bilikli şagird yetişdirə bilməsə də, köməkçi vasitələrdən istifadə edə bilən şagird yetişdirə bilib. Təəccüblüsü odur ki, onlar imtana kəsici-deşici alətlər – bıçaq, təsbeh və.s keçirirlər. Sanki onlar filmlərdə canlandırılan mafiya üzvü obrazlarıdırlar. Elm və Təhsil Nazirliyi onlarda “şagird” deyil, “kriminal aləmin mütəxəssisi” obrazını yarada bilib. Təbii ki, abitruyentin imtahanda bıçaqdan, təsbehdən və ya digər kəsici vasitədən necə istifadə edə biləcəyinin heç bir elmi açıqlaması yoxdur”.

 

Müsahibimiz qeyd edib ki, sözügedən hadisə orta məktəblərdə şagirdlərlə bağlı ciddi problemin olduğunu göstərir:

 

“İmtahana əvvəllər telefonla gələn uşaqların indi bıçaqla gəlməsi dəhşətli haldır. Bu onun göstərir ki, orta məktəblərdə şagirdlər kriminal aləmə meyillənirlər. Təəssüf ki, son dövrlərin statistik göstəricilərinə nəzərə salanda görürük ki, azyaşlı uşaqların, yeniyetmələrin iştirakı ilə xüsusi amansızlıqla törədilən cinayətlərin sayında artım müşahidə edilir. Məktəblərə nəzarət edilmir. Birmənalı şəkildə buna qarşı mübarizə aparılmalıdır. Qeyd edim ki, Dövlət İmtahan Mərkəzi şagirdlər imtahan binasına daxil olan zaman təkcə əllə yoxlanış keçirmir, eyni zamanda müəyyən avadanlıqlardan da istifadə edir. Amma şagirdlər texnologiyanı aldada bilən mütəxəssis olaraq yetişiblər. Hətta onlar ağıllı saatları, texniki əşyaları o qədər fərqli formada gizlədə və istifadə edə bilirlər ki, hətta müasir dövrün innovativ avadanlıqları belə bunu bəzən müəyyənləşdirə bilmir. Düşünürəm ki,  bununla bağlı cəza olmalıdır. Düzdür, biz onların azyaşlı olduğunu deyirik, hər halda imtahana kənar avadanlıqlar aparmaq üçün hazırlaşmağa vaxt sərf etmək yerinə, oxusaydılar daha yaxşı olardı. Uşaqlarla maarifləndirmə işləri aparılmalıdır. Həmçinin onların bir il yox, bir neçə illiyə imtahanda iştirakı məhdudlaşdırılarsa, yəqin ki, bu cür hallara yol verməzlər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...