Millət vəkili test üsulu ilə qəbula ETİRAZ ETDİ: "Savadlı insan yetişdirə bilməz"

Millət vəkili test üsulu ilə qəbula ETİRAZ ETDİ:

“Test üsulu ali məktəblərə qəbulda rüşvət piramidasının sındırılması üçün çox vacib addım idi. Ancaq heç bir halda uzunmüddətli və toxunulmaz formada qalmamalı idi”.

 

Sfera.az bildirir ki, bunu deputat Fazil Mustafa deyib.

 

O qeyd edib ki, test üsulu tətbiq ediləndən üç-dörd il sonra ali məktəblərə qəbulun ən sadə forması tapılmalı idi:

 

“Əsas diqqət isə qəbula deyil, məktəbi bitirməyə yönəlməlidir. İnkişaf etmiş ölkələrdə hazırlıqsız şəxs rahatlıqla daxil olduğu məktəbi asan tamamlaya bilmir. Məhz bu vaxt itkisinin qorxusundan insanlar orada ali təhsili əyləncəyə çevirmirlər. Cavabları variantların birində göstərilən test forması isə savadlı insan yetişdirə bilməz. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmir, mütailə vərdişinə sahib deyil və nəticədə tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkir”.

 

Millət vəkili bildirib ki, testin məhsulu sayılan tələbələrin əksəriyyətinə bədii ədəbiyyatın, gündəlik mütaliənin faydası hələ də təlqin edilə bilmir:

 

“Kütləvi bir tənbəlləşmə aurası görürəm və üzülürəm. Addımbaşı qurbağa xətləri, hərf səhvləri ilə dolu diplomlu insanların mətnləri ilə tanış olduqda problemin hansı həddə olduğunu duyuram. Çıxış yolu ali məktəblərin girişini açıb çıxışını daraltmaqdır. Etiraf edək ki, bütün bunların əsas mənbəyi orta təhsilin optimal faydalılığının olmamasında axtarılmalıdır. Azərbaycanda həm dövlətin, həm də cəmiyyətin təhsil hədəfləri anlaşılmazlıqlarla doludur”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan idmanına AĞIR İTKİ - FOTO

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) sabiq prezidenti Şüa Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə AAF-nin mətbuat xidmə...

Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində müzakirə ediləcək mövzuları AÇIQLADI

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Elm və Təhsil...

İlham Əliyev Belçikanın Baş nazirini qəbul etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə P...

Leyla Əliyeva və Anar Ələkbərov COP29-da Azərbaycan pavilyonuna baş çəkdilər - FOTO

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.   Sfera.az xəbər verir ki, He...

İlham Əliyev Finlandiya Prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Prezidentin...

"AZCHEMCO" şirkəti COP29-da stendlə təmsil olundu - VİDEO

Azərbaycanda gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan "AZCHEMCO" şirkəti COP29-da stendlə təmsil olunub.   ...