Logo

“Naxçıvan” Universitetində BİR İLK - FOTOLAR

“Naxçıvan” Universitetində BİR İLK - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Naxçıvan” Universiteti artıq tələbə fokuslu müəssisələrdən biri olan “Hədəf” kursları ilə əməkdaşlığa başlayıb.

Sfera.az xəbər verir ki, iki müəssisə arasındakı əməkdaşlıq elm, təhsil, qarşılıqlı maraq kəsb edən sahələri əhatə edəcək.

Həmçinin, müqavilə üzrə bir sıra fəaliyyət istiqamətləri-nümayəndələrin iştirakı ilə birgə layihələrin, təlimlərin, dəyirmi masaların, seminarların, müzakirələrin keçirilməsi, mütəxəssis hazırlığına dəstək verilməsi, elm-təhsil sahəsində digər müxtəlif layihələrin reallaşdırılması, abituriyentlərin sınaq imtahanlarının “Naxçıvan” Universitetində keçirilməsi kimi  istiqamətlər müəyyənləşib.

Müəyyənləşən fəaliyyət istiqamətlərindən biri artıq reallaşıb.

Belə ki, 19 feval 2023-cü il tarixində abituriyentlərin sınaq imtahanı “Naxçıvan” Universitetində keçirilib. Keçirilən sınaq imtahanında isə 600-ə yaxın abituriyent iştirak edib.

Məlumat üçün bildirək ki, 15 ildir fəaliyyət göstərən “Hədəf” kursları abituriyent hazırlığı istiqamətində fərqlənən və öz dəsti xətti ilə seçilən, peşəkar müəllim heyyətinə malik tədris müəssisəsidir. Ali məktəblərə hazırlaşan abituriyentlərin daha çox kütləsini qəbul edən tədris mərkəzi fəaliyyət göstərdiyi illər ərzində böyük uğurlara imza atıb.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR