İsmayıllı rayon şagirdləri bu müsabiqənin qalibləri sırasındadır - FOTO
Kateqoriya məlum deyil
İsmayıllı rayon şagirdləri "Sabahın alimləri" XII Respublika müsabiqəsinin qalibləri sırasındadır.
Sfera.az xəbər verir ki, Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Ramazanov Emil Səbuhi oğlu Tibb və sağlamlıq nominasiyası üzrə II yerin qalibidir.
Həmin məktəbin şagirdi olan Zeynalov Ramazan Mustafa oğlu 10 seçilmiş layihədən The Yale SCİENCE&Engineering Assocation tərəfindən fərqlənmə sertifikatı, Həsənli Osman Rahim oğlu isə istirakçı sertifikatı ilə təltif olunub.
İsmayıllı şəhər İsrail Həsənov adına 1 nömrəli tam orta məktəbin şagirdi Dəmirova Aytac Vüqar qızı iştirakçı sertifikatı alıb.
Şagirdlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.




















