Təhsil eksperti: İndikilər Misir Mərdanovun, 20 il sonrakılar Emin Əmrullayevin kadrlarıdır
"Yenə məsələnin mahiyyəti qaldı kənarda, "dəyərli" mütəxəssislər hərf səhvlərinə diqqət yönləndirirlər. Deməli çox vacib bir sənəd müzakirə olunub.
Bu sənəd:
- Məktəbin şagirdlərin və valideynlərin gözündə itmiş nüfuzunu bərpa edə bilər.
- Məktəbin avtoritetini yüksəldə bilər.
- Şagirdlərin həyatında müsbət dəyişiklik edə bilər.
- Şagird - müəllim, şagird - məktəb, müəllim - valideyn, məktəb - valideyn münasibətlərini nizama sala bilər.
- Evlərdə verilə bilinməyən tərbiyəni uşaqlara verə bilər.
- Uşaqlarda gözəl vərdişlər formalaşdıra bilər."
Sfera.az xəbər verir ki, bunu Təhsil idarəetməsi üzrə ekspert Rasif Dünyamalı dünən müzakirə olunan layihə sənədi barədə şərh verib.
Onun sözlərinə görə, bu müzakirə media və ictimaiyyət nümayəndələri üçün nəzərdə tulub.
"Hətta bəzi məqamlarda belə orda dəyişiklik edilməsi müzakirə olundu.
Əlbəttə hərf səhvi olması yaxşı hal deyil və müzakirədən öncə yoxlanılmalı idi.
Amma inan ki, sənəd o qədər diqqət çəkdi və ora toplanan insanlar daha vacib məsələləri müzakirə etdi ki, heç kimsə bu hərf səhvlərini nəzərə almadı. Çünki bilirdik ki, bu hələ layihə sənədidir.
Müzakirə iştirakçılarına gəldik də isə. Tədbirdə qeyd olundu ki, Daha spesifik və geniş müzakirələrin olması da nəzərdə tutulub".
Bu sənəd və tədbirlə bağlı mənim münasibətin bildirən ekspert "Bəs bu "dəyərli" mütəxəssislər niyə məxzi qoyub təfərrüata ilişirlər. Məqsəd birdir. Emin müəllimin nüfuzuna zərər gətirmək və istədiklərini ala bilmədikləri üçün Elm və Təhsil Nazirliyini cəzalandırmaq" - deyə əlavə edib.
Bundan başqa R.Dünyamalı vurğulayıb ki, Emin müəllimin nüfuzuna niyə zərər gətirmək istəyirlər:
"Çünki Emin müəlimin etdikləri və dedikləri həmin şəxslərin boss - larına sərf etmir. Ya qohumları sistemdən uzaqlaşdırılır, ya da keçmişdə etdiklərinə görə indi onlara zərər gəlir. İkinci məsələ istədiklərini ala bilməməkləridir. O isə qəliz məsələdir. Çünki istədikləri artıq yoxdur Nazirlikdə".
Ekspert həmçinin qeyd edib ki, müəllimin nüfuzu son 5-6 ildir yüksəlir:
Ondan əvvəl müəllimin nüfuzu yox idi. Bilirsiniz niyə? Çünki bir dana satıb müəllim olmaq, bir tapşırıqla müəllim olmaq, bir zənglə müəllim olmaq mümkun idisə əlbəttə ki, müəllimin nüfuzu olmayacaqdır. Bunun səbəbkarı isə Emin Amrullayev, Ceyhun Bayramov, Mikayıl Cabbarovdan əvvəlkilər idi. Şükürlər olsun ki, indi təsadüfi adamların müəllim olmaq imkanları azalıb, ümid edirəm ki, yaxın gələcəkdə tamamilə mümkunsüz olacaq. Müəllim nüfuzunda yüksəlmə olduqdan sonra məktəbin nüfuzu qaldırılmalıdır. Bunun yolu isə məktəblərdə mərkəzləşdirilmiş nizam - intizam sisteminin qurulmasıdır.
Siz elə bilirsiniz ki, sistemdə olan 150000 - dən artıq müəllim hamısı idealdır və öz gücü ilə müəllim olub. Xeyr. Ona görə də onlar da attestasiya ilə yoxlanmalı və müəyyən olunmalıdır.
Bəylər və xanımlar!
İnkşaf və İslahat necə olur? Məncə elə beləcə olur. Yavaş yavaş, səbrlə, heç kimi incitmədən və əsaslandırılmış.
P.S. Mən təhsilimizdən narahatam. Çünki işçi tapa bilmirəm. Çünki 20 il əvvəl məktəblərdə 1-ci sinifə başlayan və 12 il məktəbdə 4 il universitetdə oxuyan uşaqlar Misir Mərdanovun kadrlarıdır. Emin Əmrullayevin kadrları isə 20 il sonra əmək bazarına daxil olacaq."






