Cənub bölgəsində kənd məktəbinin nümunəvi addımı - FOTO
Kateqoriya məlum deyil
Astarada kənd məktəbində nümunəvi təcrübə keçirilib.
Sfera.az xəbər verir ki, Astara rayon Təngərüd kənd tam orta məktəbinin yardımçı təsərrüfat sahəsində məhsul yığımı olub.
Məhsul yığımı məktəbin kiçik xidmət işçiləri tərəfindən həyata keçirilib.
Yığılan məhsulun satışından əldə olunan gəlir məktəbin daxili ehtiyaclarını qarşılamaq üçün istifadə olunub.












