“Hər 4 müəllimdən biri vəzifəsini itirə bilər” – Təhsil ekspertindən ŞOK AÇIQLAMA

“Hər 4 müəllimdən biri vəzifəsini itirə bilər” – Təhsil ekspertindən ŞOK AÇIQLAMA

“Sertifikatlaşdırma imtahanlarının birinci mərhələsi çərçivəsində keçirilən son test imtahanlarda 78 % təhsilverən uğur qazanıb. Lakin bu rəqəmin belə yüksək olması Bakı, Sumqayıt, Abşeron, Gəncə kimi mərkəzi və iri şəhərlərin bu prosesdə iştirakı ilə bağlıdır”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu prosesdə Siyəzən, Quba və Xızı kimi rayonların müəllimləri bir qədər yüksək nəticələr göstərsələr də, digər bölgələrin təhsilverənləri yalnız 40%-70% aralığında uğur qazana bilib:

 

“Buna sertifikatlaşmanın birinci mərhələsindən 40% nəticə ilə keçid balını toplayan Daşkəsən rayonunu və 50% nəticə ilə keçid balını toplayan Samux rayonunu nümunə kimi göstərmək olar. Bütün bunlar onu deməyə əsas verir ki, buraxılış imtahanlarında aşağı nəticə göstərən digər bölgələrin müəllimləri növbəti imtahan proseslərində də analoji aşağı nəticə göstərəcəklər və uğur qazanmayan müəllimlərin sayı iki dəfə artaraq 30 faiz civarına qalxa bilər. Son nəticədə isə hər 3 və ya 4 müəllimdən biri vəzifəsini itirə və bu belə müəllimlərin işlədiyi çətin relyefli rayonlarda müəllim çatışmazlığına gətirib çıxara bilər. Müəllimlərin İşə Qəbul müsabiqəsi ilə işə qəbul edilənlərin 99%-i, müsabiqəsiz işə qəbul edilənlərin isə 77%-i sertifikatlaşdırma prosesinin birinci mərhələsindən uğurla keçib. Müəllimlərin İşə Qəbul müsabiqəsi ilə işə qəbul edilənlərin orta sertifikatlaşdırma balı 53-ə, müsabiqəsiz işə qəbul edilənlərin balı isə 39-a bərabər olub. Nazirliyə birbaşa tabe təhsil müəssisələrində sertifikatlaşmaya cəlb edilən müəllimlərin 15%-i keçid balını toplaya bilməyiblər və onların orta sertifikatlaşdırma balı 46-ya bərabər olub”.

 

Ekspert qeyd edib ki,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe ümumtəhsil məktəblərindən sertifikatlaşdırmaya cəlb edilən müəllimlərin isə 14%-i keçid balını toplaya bilməyib, orta sertifikatlaşdırma balı 43-ə bərabər olub:

 

“Ümumilikdə sertifikatlaşdırmanın test mərhələsinə cəlb edilən müəllimlərin 22 %-ikeçid balını toplaya bilməyib və onların orta sertifikatlaşma balı isə 40-a bərabər olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe ümumtəhsil məktəblərindən sertifikatlaşmaya cəlb edilən müəllimlərin 86%-i, Elm və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin müəllimlərinin 85%-i,  Abşeron – Xızı Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin 80%-i, Quba – Xaçmaz Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin 71%-i və  Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin isə yalnız 56%-i keçid balını toplayaraq növbəti mərhələyə keçiblər.  Beləliklə proqnoz vermək olar ki, ölkədəki müəllimlərin ən azı 25%-nin maaşı artmayacaq, ən yaxşı halda 50%-nin maaşı 10 %  və 25%-nin maaşı isə 35 % arta bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...