Onlar yüksək bal toplasalar da, ali məktəbə qəbul ola bilmədilər - SƏBƏB

Onlar yüksək bal toplasalar da, ali məktəbə qəbul ola bilmədilər - SƏBƏB

“I ixtisas qrupu üzrə 570-dən yuxarı bal toplayan rus bölməsi üzrə 1 abituriyent, 530-dan çox bal toplayan Azərbaycan bölməsi üzrə 3 abituriyent ali məktəblərə qəbul ola bilməyib”.

Sfera.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, ümumilikdə I qrup üzrə 500-dən çox bal toplayan 4, 400 - dən çox bal toplayan 12, 300-dən çox bal toplayan 36 abituriyent tələbə adını birinci turda qazana bilməyib:

 

“II ixtisas qrupu üzrə 320-dən çox bal toplayan 1 abituriyent, ümumilikdə 200-dən çox bal toplayan 31 abituriyent qəbul ola bilməyib. III ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayan 2 abituriyent, 400-dən çox bal toplayan 3 abituriyent tələbə adından hələlik məhrum olub. III ixtisas qrupu üzrə 300-dən çox bal toplayan 50 abituriyent birinci turda qəbul ola bilməyib”.

 

Ekspertin sözlərinə görə,  IV ixtisas qrupu üzrə  isə 560-dan çox bal toplayan 2 abituriyent, 500-dən çox bal toplayan 20 abituriyent, 400-dən çox bal toplayan 33 abituriyent, 300-dən çox bal toplayan 49 abituriyent tələbə adını qazana bilməyib. K.Əsədov həmçinin bildirib ki, bu abituriyentlər 2-7 sentyabr tarixlərində ixtisas seçimi edib tələbə adını qazana bilər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR