Təhsil ekspertinin boşanmış qadınlarla bağlı açıqlaması səs-küy yaratdı  - FOTOLAR

Təhsil ekspertinin boşanmış qadınlarla bağlı açıqlaması səs-küy yaratdı  - FOTOLAR

Təhsil eksperti Kamran Əsədovun son açıqlaması səs-küyə səbəb olub.

Sfera.az bildirir ki, ekspertin “Boşanmış qadınlar bağçaya işə götürülməməlidir”, fikri sosial mediada birmənalı qarşılanmayıb. Belə ki, K.Əsədov yerli mediaya açıqlamasında Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulovanın uşaq bağçalarına direktorların təyin edilməsi üzrə qiymətləndirmə çərçivəsinin hazırlandığı barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən, “Boşanmış, övladı vəfat etmiş şəxsləri bu vəzifəyə, ümumiyyətlə işə cəlb etmək olmaz. Uşaq bağçalarında bəzən aqressiv halların da şahidi oluruq. Onlar feyskontroldan keçirilməlidirlər. Uşaq bağçalarına müəllimləri yalnız bu prosesdən sonra cəlb etməliyik”, deyə söyləyib. Bu da sosial şəbəkələrdə əksəriyyətin qəzəbinə zəmin yaradıb.

İstifadəçilərin bir çox eksperti sərt tənqid edib. Onlar boşanmış qadınların da işə cəlb edilməli, Əsədovun səsləndirdiyi fikrin kökündən yanlış olduğunu vurğulayıblar.

 

Həmin paylaşımları təqdim edirik:



Türkan


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...