Müəllimlərin İşə Qəbulu imtahanlarındakı rüsvayçılıqla bağlı ölçü götürüləcək - AÇIQLAMA

Müəllimlərin İşə Qəbulu imtahanlarındakı rüsvayçılıqla bağlı ölçü götürüləcək - AÇIQLAMA

Müəllimlərin İşə Qəbulu imtahanlarında riyaziyyat fənni üzrə imtahan suallarının bəzi müəllimlərə paylanılması haqda yayılan iddialara aydınlıq gətirilib. Azərbaycan Respublika Təhsil İnstitutu (ARTİ) iddialarla bağlı araşdırma aparıb. Təhsil İnstitutu aparılan araşdırma ilə bağlı məlumatda bildirib ki, sözügedən iddialarda iyulun 14-də riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur:

“Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. İyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb”.

 

Mövu barədə fikirlərini Sfera.az-la bölüşən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, riyaziyyat fənni ilə bağlı müəyyən sualların öncədən bəzi işbazlar tərəfindən verilməsi xoşagəlməz haldır:

 

“Bu şəxslər sualları satmaqla məşğuldurlar. Nəticə etibarilə imtahan verən digər müəllim namizədlərin haqqına girilib. Bu gün Təhsil İnstitutu tərəfindən qeyd olunan açıqlamada da bu halın baş verdiyi etiraf edilib. Yəqin ki, bununla bağlı ölçü götürüləcək, ola bilsin, imtahan yenidən keçirildi”.

 

Ekspertin qənaətincə, belə problemlərin olmaması üçün yaxşı olar ki, imtahan keçirilməmişdən öncə müəyyən sualların bazaya yığılmasında çalışan texniki işçilər imtahan prosesindən kənarda saxlanılsın:


“ARTİ də eyni prinsipi tətbiq edə bilər. Təhsil Nazirliyi də sualların hazırlanması və yaxud bazaya yığılmasında iştirak edən şəxsləri imtahan keçirildiyi müddət ərzində kənarlaşdırmalıdır ki,  belə xoşagəlməz hallar yaşanmasın. DİM publik  hüquqi şəxs olmasına baxmayaraq, dövlət tərəfindən keçirilən bütün imtahanların hər birində iştirak edir. Düşünürəm ki, müəllimlərin işə qəbul imtahanları da DİM-in ixtiyarına verilməlidir”.

 

Yeganə


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...