Seyidin universitetə girmək üçün yazdığı 5500 manatlıq dua - Cəhalətə "qəbul", və ya... 

Seyidin universitetə girmək üçün yazdığı 5500 manatlıq dua - Cəhalətə

Sumqayıtda əslən Ağcabədidən olan Rəvan Sadıqov (ad və soyad şərtidir)  ağlasığmaz dələduzluq edib – o, tanışı Hümbətov Vüsala “dua” yazmaqla Memarlıq və İnşaat Universitetində qabiliyyət imtahanından keçirəcəyini vəd edib. Özünü seyid kimi təqdim edərək Vüsaldan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev parkının qarşısında 5500 manat məbləğində pul alıb.

Zaman-zaman bu cür tələyə düşən tələbələr, abitruyentlər, əsasən də valideynlərlə bağlı məlumatlarla qarşılaşırıq.

 

Maraqlıdır, bəzi valideyn-şagirdlər niyə elmə deyil, mövhumata meyilli olur, dualara, seyidlərə pənah aparırlar?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sfera.az-a açıqlamasında deyib ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanları başlayan kimi birmənalı şəkildə cadu, dua, müəyyən ziyarətgahlara getmək prosesi daha geniş şəkil alır:

 

“Dua ilə ali məktəbə qəbul olmaq və ya imtahandan keçmək təbii ki, cahilliyin, çarəsizliyin ən yuxarı həddidir, dəhşətli mənzərədir. Bu hadisələr nəyi göstərir? Azərbaycan insan təhsil almaq , oxumaq istəyir. Onlar böyük məbləğdə pul xərcləyirlər ki, ali məktəbə qəbul olsunlar. Ona görə də biz ali məktəblərə qəbulu müəyyən qədər əlçatan edib sadələşdirməliyik ki, bu, reallaşsın. Əvəzində, universitetlərdə tədrisi ciddiləşdirməliyik. Qoy kimisi universitetə daxil olsun, amma hər girən də bitirməsin. Hesab edirəm ki, məhz problemin kökündə duran məsələ budur – ali təhsilə qəbulda sadələşməyə ehtiyac var. Müəyyən ixtisaslar var ki, uzun müddətdir onlara ayrılan plan yerləri tam dolmur, boş qalır. Həmin plan yerlərini müəyyəm qədər adi qaydada qəbulu həyata keçirməklə təhsilin əlçatanlığını təmin edə bilərik”.

 

Müsahibimiz qeyd edib ki, bu gün orta məktəblərdə tədrisin keyfiyyəti yüksək olmadığına görə insanlar repetitor yanına, hazırlıq kurslarına gedirlər:

 

“Orada da tam olaraq bilik əldə edə bilmirlər və yekun nəticədə çarələrini müqəddəs yerləri ziyarətdə, hansısa dua yazdırmaqda görürlər. Bu, əslində təhlükəli bir şeydir. Düzdür, adam düşünür ki, belə insanların ali məktəbə qəbul olmamağı yaxşıdır, amma digər tərəfdən onun niyəti pis deyil. O, sadəcə ali təhsil almaq istəyir, lakin çarəsizlikdən bu yollara əl atır. Fikrimcə, bu məsələdə müəyyən qədər cəmiyyətin də günahı var. Onlar başa düşməlidirlər ki, bu və ya digər yollarla ali təhsil müəssisələrinə qəbul olmaq mümkün deyil. Eyni zamanda ölkədə obyektiv imtahan keçirən qurum var və yalnız biliyi qiymətləndirir. Dua-cadu ilə universitetlərə qəbul olmaq mümkün deyil. O adam 5500 manatı hansısa hazırlıq kursuna versəydi, ən azından bilik alıb minimum keçid balını toplaya bilərdi. Amma çox təəssüf ki, bunu etməyib”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...

Pensiyaçılarla bağlı vacib AÇIQLAMA

Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insanların həyatında yeni bir mərhələ başlayır. Lakin bu mərhələ Azərbaycanda bir çoxları üçün ...

Ərdoğandan Rusiya-Azərbaycan gərginliyi ilə bağlı AÇIQLAMA

"Türkiyənin Azərbaycan və Rusiya ilə dərin diplomatik və strateji əlaqələri var. Biz gərginliyi yaxından izləyirik və tərəfləri təmkinli olmağa çağırırıq&q...

Ərdoğan Xankəndidə Əliyevə nə deyib? - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə iyulun 4-də Xankəndidə baş tutan görüşdə deyib ki, Türkiyə hər zaman və hər bir m...