Təhsil naziri bu məktəbdə “Son zəng” tədbirinə qatıldı - FOTOLAR

Təhsil naziri bu məktəbdə “Son zəng” tədbirinə qatıldı - FOTOLAR

Bu gün ölkə məktəblərində 2021-2022-ci dərs ilinin “Son zəng”i çalınır.

 

Sfera.az bildirir ki, Bakının 234 nömrəli tam orta məktəbində keçirilən “Son zəng” tədbirində təhsil naziri Emin Əmrullayev də iştirak edib.

 

O, məzunları təbrik edib, məktəb şagirdlərinin əl işləri ilə tanış olub.

 

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.

 

2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.

 

Sözügedən məktəbdən fotoları təqdim edirik:

 

Fotolar: Anar BAYRAMLI  

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR