Logo

"Yaxşısı-pisi, bəzi problemləri ilə DİM-i qorumaq lazımdır” - Təhsil eksperti

"Yaxşısı-pisi, bəzi problemləri ilə DİM-i qorumaq lazımdır” - Təhsil eksperti
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Şagirdlərin buraxılış imtahanında zəif nəticə göstərməsində DİM-i günahkar çıxarmaq, Azərbaycan futbolunun beynəlxalq yarışlarda zəif nəticəsinə görə UEFA və FİFA-nı günahkar bilməklə eynidir”.

Sfera.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, DİM sualları imtahan iştirakçılarının bilik və bacarıqlarını müxtəlif alətlərlə yoxlayıb, ölçür:
“Əlbəttə ki, təhsilin məzmun standartlarına uyğun olaraq. Yoxlanılmaya cəlb edilən məzmun standartlarını DİM müəyyən etmir. Bu standartlar orta məktəbdə şagird təhsil alan zaman formalaşmalıdır. Yəni 9 il, 11 il oxuyan şagirdlər müəyyən bilik və bacarıqlara yiyələnməlidir. DİM-də məhz bunu belə qəbul edib yoxlayır”.

Ekspert əlavə edib ki, Azərbaycanda Dövlət İmtahan Mərkəzi olmasa, ancaq kimlərinsə sinif yoldaşı, əsgər yoldaşı, otaq yoldaşı və s. ali məktəblərə qəbul ola bilərdi:

“Kasıbın balası isə, indi necə ki, dövlət qulluğundan keçir, nazirliklər onu işə qəbul etmir, illərlə ehtiyatda qalırsa, DİM olmasa, ali məktəblərə qəbul da elə olacaq. Ona görə də, yaxşısı-pisi, bəzi problemləri ilə DİM-i qorumaq lazımdır”.

Günay Rəsulqızı
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR