\"Müəllimin illərdir dərs dediyi fənndən repetitor yanına getməsi ayıbdır” - Ekspert

\

“Təhsil Nazirliyində yaşı 30-35 olan uşaqlar 40 ilin müəllimini imtahan edə bilər? Bu gənclər müəllimlərimizin yetirməsidir. Onlar müəllimlərini imtahan etmir”.


Sfera.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bir insan 5 ildən çox bir fənni tədris edirsə, ən azı ildə 1 dəfə kitabı oxuyur, şagird danışır eşidir, KSQ, BSQ sualı yazır və deməli, fənnini bilir:


“Bu cavan oğlanlar müəllimlərini uzunluğa tullanma, ağırlıq qaldırma, 100 metrə 9 saniyə qaçmağı yoxlamır. Müəllimlər keçdiyi kitabdan tərtib olunmuş suallara cavab verəcək. Mən tarix müəllimiyəm. Dərs dediyim və tədris olunan kitablardan nə qədər istəsəniz imtahan edin. Mən niyə narahat olmalıyam? 40 ilin müəllimi 40 ildir ki, bu kitablarla işləyir, deməli, bizdən dəfələrlə yaxşı bilir. Müəllimin öz ixtisasından, illərdir dərs dediyi fəndən müəllim yanına getməsi ayıbdır”.


K.Əsədov deyib ki, məqsəd, təhsilin inkişafı, keyfiyyətin yüksəldilməsi və təhsilverənlərin peşəkarlıq səviyyələrinin artırılmasıdır:


“Təhsil Nazirliyində çalışanların özlərini imtahan etmək lazımdır? Təhsil Nazirliyi dövlət orqanıdır və burada işə qəbul dövlət qulluğuna qəbul imtahanı ilə olur. Hələ bu imtahan isə, heç kimin ixtisasından olmur. 16 fərqli qanunvericilik aktlarından ibarət olan test imtahanı, ardınca ondan da çətin müsahibə mərhələsi olur. Ondan sonra 1 il sınaq, 6 ay staj müddətində işə qəbul olunurlar. Yəni onlar zatən imtahan olunub. Amma onlar nə qədər vəzifə öhdəliklərini yerinə yetirir, bu ayrı məsələ. Ölkənin orta məktəblərində 150 min müəllim var. Lap bunlar hamısını işdən azad etdilər. 150 min yeni adamı hardan tapacaqlar? Onların müəllimlərin yerində gözü yoxdur. Onlar zatən lazım olan yerlərə etibar etdiklərini qoyublar”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR