“Virtual təhsil platforması”: Fişinq hücumlarından necə qorunmalı? - Layihə təqdim edildi / FOTOLAR

Təhsil
20:22 / 06.05.2022
1100
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti "Virtual təhsil platforması” layihəsini təqdim edib.
Sfera.az xəbər verir ki, 100-dən artıq gəncin iştirak etdiyi tədbirdə informasiya təhlükəsizliyi və İT üzrə mütəxəssislər "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq mobil təhlükələr, rəqəmsallaşma haqqında məlumatlar veriblər.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Rahil Ələkbərli qeyd edib ki, Bugünkü maarifləndirmə xarakterli tədbir əsasən, kibergigiyena, fişinq hücumlarından müdafiə, bank kartlarından təhlükəsiz istifadə, uşaqların onlayn təhlükəsizliyi kimi mövzuları əhatə edir: "İndiki gənclər erkən yaşdan kiber dünya ilə tanış olmaq imkanı əldə edirlər" .
Gənclərin Azərbaycanda kibercinayətlər, "Instagram" sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkədə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılıb. İştirakçılara kompüterlərdən istifadə edərkən yarana biləcək problemlərlə qarşılaşmamaq üçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etmə üsulları aşılanıb.
Qeyd edək ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutub.