Logo

Ali məktəblərə sənəd qəbulunun müddəti UZADILDI

Ali məktəblərə sənəd qəbulunun müddəti UZADILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ərizə qəbulunun vaxtı martın 18-i saat 11:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, bu gün saat 16:50-yə qədər 94 323 nəfər ərizəsini təsdiq edib.

Qeyd edək ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatmalı idi.

Xatırladaq ki, sənəd qəbuluna aprelin 4-dən başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR