9-cu sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırıldı
Kateqoriya məlum deyil
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq, bu gün saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanıb.
Bu barədə Sfera.az Təhsil Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.






