Təhsil işçilərinin əməkhaqları artımla ödənildi
Kateqoriya məlum deyil
Təhsil işçilərinin əməkhaqları artımla ödənilib.
Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Təhsil Nazirliyindən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən, 1670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37 mindən çox işçinin yanvar ayı üzrə əməkhaqları 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanaraq ödənilib.
Qeyd edək ki, bu proses ölkə başçısının müvafiq sərəncamlarına əsasən həyata keçirilib.






