Logo

Məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı AÇIQLANDI

Məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini 2284 nəfər fərqlənmə attestatı ilə başa vurub.

Bu barədə Sfera.az-a idarədən məlumat verilib.

Bildirilib ki, onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

BŞTİ-nin tabeliyindəki məktəbləri 2021-ci ildə 30 məzun qızıl və gümüş nişanla başa vurub. Belə ki, 2020-2021-ci tədris ili üzrə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 9-u  gümüş nişana layiq görülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR