Rayon təhsil şöbələri ləğv edilib? - Nazir açıqladı

Rayon təhsil şöbələri ləğv edilib? - Nazir açıqladı
"Regional Təhsil İdarələri iqtisadi rayonlar üzrə yaradılacaq".

Sfera.az  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
 
"Regional təhsil şöbələrinin işçilərinin qanunvericilik çərçivəsində yeni strukturda işlə təmini bizim gündəliyimizdədir. Əmək qanunvericiliyinə əsasən, təhsil şöbələrinin işçiləri yeni idarələrdə işlə təmin olunacaq. Təhsil şöbələri ləğv edilmir, struktur dəyişir. Narahatlığa əsas yoxdur. Əvvəlki sistem əlaqəli deyildi. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun. 

E.Əmrullayev vurğulayıb ki, Regional Təhsil İdarələri yaradılandan sonra vətəndaş müraciətləri daha tez həll olunacaq:

"Bizim istəyimiz ondan ibarətdir ki, vətəndaşın problemini həll edək. Problemlərin həlli ilə bağlı bir neçə istiqamət var. Sosial şəbəkələrə diqqət yetiririk, lakin bəzən problemlərdə konkret ünvan və şəxs göstərilmir. Problemin bizə çatdırılması üçün bir neçə üsul var. Qanunvericiliyə görə anonim şikayətlərə biz baxmırıq. Bəzən ola bilər ki, vətəndaş konfliktdən istifadə edib də şikayətçi ola bilər. Bu baxımdan portal.edu.az vasitəsilə bizə ünvanlanan müraciətlərə baxırıq, qanunvericiliyə uyğun cavab veririk. Problem cavablandırılmasa, biz sistemlə müəyyən edirik ki, problem hansı səbəblə həll olunmayıb".
 
Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...