Rəşad Nəbiyev: “Elm-təhsil üçün vəsaitin bir neçə dəfə artırılması müzakirə olunur”

Rəşad Nəbiyev: “Elm-təhsil üçün vəsaitin bir neçə dəfə artırılması müzakirə olunur”
"Bu reallıqdır ki, Azərbaycan iqtisadiyyatı hələ də təbii resurslardan asılıdır”.

Sfera.az xəbər verir ki, bunu Bakıda keçirilən "UNEC İqtisadi Forumu”nda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

"Azərbaycan hökumətinin bütün üzvləri inkişaf yolunun yalnız və yalnız qanunun aliliyindən, sağlam fəaliyyətdən, sabit infrastrukturun yaradılmasından keçdiyini görür. Son illər ölkədə atılan addımlar məhz bu məqsədlərə xidmət edir”, - deyə o, qeyd edib.

"Azərbaycanda elm və təhsilin inkişafına daha çox diqqət ayıra bilərik. Milli prioritetlərlə bağlı ölkə prezidentinin imzaladığı sərəncamla yaradılmış işçi qrupu çərçivəsində ən çox müzakirə olunan mövzu elm və təhsilə ayrılan vəsaitin bir neçə dəfə artırılmasıdır. Yaxın vaxtlarda həmin sənəd işıq üzü gördükdən sonra biz bunun şahidi olacağıq”, - deyə nazir əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...