Logo

Azərbaycanda qəzalı vəziyyətdə olan neçə məktəb var?

Azərbaycanda qəzalı vəziyyətdə olan neçə məktəb var?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb.

Sfera.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında hazırda ölkədə 4 400-dən çox məktəbin olduğunu xatırladıb.

Nazir bildirib ki, həmin məktəblərin 75 faizi, yaxud 3 500-ə qədəri tədrisə yararlı vəziyyətə gətirilib: "Qəzalı məktəblərlə bağlı vəziyyətdən xəbərdarıq. Bütün problemi bir gündə həll etmək mümkün deyil. Növbəlilik əsasında proritet məktəblər seçilir".

"Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni məktəblər tikilir. Bu məktəblər şəhərdə olan yükü azaltmağa və məcburi köçkün məktəblərinin geriyə qaytarılması prosesində məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edəcək", - nazir əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR