Bakıda koronavirusa görə karantin müddəti uzadılan məktəb AÇILDI

Təhsil
15:36 / 11.11.2021
1141
Bakıda koronavirusa görə bağlanan 20 nömrəli məktəb-liseydə əyani tədris bərpa olunub.
Sfera.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-lisey üçün müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.
Xatırladaq ki, oktyabrın 18-dən iki həftəlik distant təhsilə keçid edən məktəb-liseyin karantininin müddəti oktyabrın 30-dan daha 10 gün uzadılmışdı.