Bakının məhşur məktəbi 2 həftəlik bağlandı - Yoluxma sayı yüksəkdir

Təhsil
12:47 / 18.10.2021
1507
Bakının Yasamal rayonu ərazisində yerləşən 20 saylı məktəb-liseyi 2 həftəlik bağlanıb.
Sfera.az bildirir ki, bu barədə hadisə şahidləri baku.ws-in "qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, məktəbdə yoluxma çox olduğu üçün təhsil müəssisəsi karantinə alınıb.
Məsələyə aydınlıq gətirmək üçün təhsil müəssəsilə əlaqə saxladıq.
Məktəbdən BAKU.WS-ə açıqlamada məlumat təsdiqini tapdı. Bildirildi ki, həqiqətən də məktəbdə əyani dərslər 2 həftəlik dayandırılıb.