Təhsil Nazirliyi müəllimlərin attestasiyasından danışdı

Təhsil Nazirliyi müəllimlərin attestasiyasından danışdı
"Müəllimlərin attestasiyası məsələsi gündəmdədir. Amma bu, başqa bir məsələdir ki, biz attestasiyaya hazırıqmı?” Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

İ.Nağıyevin fikrincə, attestasiyaya ən tez halda, ölkənin bütün regionlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra başlamaq olar: "Yaxud bunlar paralel də ola bilər. Məsələn, artıq Bakıda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Bakıda bəlkə də attestasiyaya başlamağı fikirləşə bilərik. Çünki artıq ilkin nəticələr var. Regionlarda isə bu, mərhələli ola bilər”.
İ.Nağıyev hesab edir ki, rayonlarda attestasiyanı keçirmək üçün ilkin mərhələ olaraq diaqnostik qiymətləndirmə olmalıdır: "Biz ən azından real vəziyyəti bilməliyik. Gərək müəllimlərə ixtisasartırma üçün kurslar təklif olunsun, yəni onlara şans verilsin. Çünki bu gün biz attestasiya etsək, nəticə yəqin ki, elə də ürəkaçan olmayacaq”.

Nazirlik rəsmisinin sözlərinə görə, attestasiyadan fərqli olaraq, bu gün müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması məsələsi gündəmdə durmur: "Amma bu gün müəllim işləmək istəyən şəxs ilk növbədə mərkəzləşdirilmiş qaydada imtahan verməli, ondan sonra diaqnostik qiymətləndirilmədən keçməlidir. Sonra da sertifikasiya prosesi olmalıdır".

Təhsil üzrə ekspert Şahlar Əsgərov da verdiyi açıqlamasında bu gün müəllimlərin attestasiyasının keçirilməsini zəruri sayır.
Onun sözlərinə görə, Azərbaycanda təhsil sistemində müəllimlərin sayı tələb olunan göstəricidən çoxdur. İnkişaf etmiş ölkələrdə hər 20 şagirdə bir müəllim düşdüyü halda, Azərbaycanda 10 şagirdə bir müəllim düşür: "Bu isə o deməkdir ki, Azərbaycanda müəllimlərin sayı lazım olan həddən çoxdur. Buna görə də imtahan keçirib onların arasından yaxşılarını seçib işdə saxlamaq lazımdır. Bu, hökmən edilməlidir”.

Ş.Əsgərov hesab edir ki, attestasiya nəticəsində məktəbdən yalnız zəif müəllimlər uzaqlaşacaq. Bu da məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxaracaq.

OXŞAR XƏBƏRLƏR

Polis 5 saat ərzində seks kuklasının dəhşətli "qətlini" araşdırdı - FOTOLAR

Almaniyanın Rostok şəhərində baş verən qeyri-adi hadisə ilə bağlı martın 30-da məlumat verilib. Belə ki, polisə yoldan keçən bir nəfər həyəcan verici kəşflə bağ...

Tənəklərlə əhatə olunmuş kənd turist möcüzəsinə çevrilir - FOTO

Çində təbiətin demək olar ki, insan həyatının bütün izlərini sildiyi bir yer var.   Şanxaydan dörd saatlıq məsafədə, Şenxi arxipelaqının dərinlikləri...

Qadın 18 ildən sonra danışıb: Hansı texnologiya kömək etdi?

47 yaşlı qadına insult keçirdikdən sonra 18 il danışmayıb. 18 il sonra ona ilk dəfə öz fikirlərini şifahi şəkildə ifadə etməyə imkan verən kvadriplegiyası beyin...

Aprel döyüşlərindən 9 il ötür

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötür.   Sfera.az-ın məlumatına görə, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilə...

Putinin əmlakı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.   Sfera.az TASS-a isti...

Aparıcı Nigar Fərhad təhdidə keçdi: vəkillərim dəlil toplayır - VİDEO

"Kanal S"in aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərlə bağlı hüquqi addımlar atacağını bildirib.   Sfera.az xəbər verir ki, aparıcı b...